Архив
Словарь
(latınca - quantum - ”nə qədər”, ingiliscə - Quantum mechanics - Kvant mexanikası) hansısa fiziki kəmiyyətin bölünməz hissəsi, porsiyası (işıq kvant, enerji kvant və ya sahə kvantları), bir şeyin (enerji, informasiya və s.) ən kiçik hissəciyi. Ondan kiçik ölçü yoxdur və istənilən ölçülən obyekt onun kvantının qatına bərabərdir. Kvant fizikası nəzərdə tutur ki, müəyyən kəmiyyətlər prinsipial olaraq fasiləsiz ola bilməz və onlar bu kvantların təzahürü və ya kəmiyyətinin məcmusudur. Hazırda kvant anlayışı əvvəlkindən daha dar mənada istifadə edilir və terminin tətbiqi olduqca məhduddur. Həmçinin kavat tədqiqatlar yalnız kvat fizikası və kvant mexanikası ilə də məhdudlaşmır. Hazırda o bir sıra elmlərin obyektləri sırasında yer alır və “Kvant iqtisadiyyatı” kimi yeni elm sahəsinin də yaranışını şərtləşdirmişdir.