Архив
Словарь
(ingiliscə - wind energy - külək enerjisi) atmosferdə olan hava kütlələrinin kinetik enerjisinin faydalı mexaniki və elektrik enerjisinə çevrilməsi ilə alınan enerji. Külək enerjisi külək enerji qurğusu olan külək generatorları vasitəsi ilə alınınr. Külək energetikası ən sürətlə inkişaf edən sektorlardan biri olmaqla, son 20 ildə 6-8 dəfə genişlənmişdir. Hazırda ümumi gücü 500 QVt-dır və dünya energetikasında payı 3% təşkil edir. Onun dünya üzrə potensial ehtiyatları hidroenerji ehtiyatlarını yüz dəfələrlə üstələyir. Külək enerjisindən istifadəyə görə Almaniya Federativ Respublikası dünya lideridir. Ölkədə “Bərpa olunan enerji mənbələri haqqında” qanunun qəbul edilməsi bu işə güclü təkan vermişdir. Burada külək enerji qurğularının istehsalı, quraşdırılması və istismarı sahəsində 35 mindən çox işçi çalışır.