gototop gototop

Словарь

KÜLƏK ENERJİ QURĞUSU, KÜLƏK GENERATORLARI

(ingiliscə - wind turbine - külək turbini) külək axınının kinetik enerjisini rotorun fırlanması ilə mexaniki enerjisinə çevirməklə elektrik enerjisinin alınmasını təmin edən qurğu. Külək enerji qurğusu dayaq hissə, külək turbini (fırlanan rotor və kürəklər - pər) və elektrogeneratordan ibarətdir. Burada külək pər vasitəsi ilə rotoru hərəkətə gətirərək elektrik cərəyanını yaradır. İdeal külək enerji qurğusunda külək enerjisinin istifadə əmsalı 0,593-ə barabərdir. Hazırda istifadədə olanlarda bu göstərici 0,4-0,45 olmaqla optimaldır. Gücü 1 MVt olan külək generatorunun işi 20 il ərzində təxminən 92000 barrel (15 min ton) neftə qənaət etməyə imkan verir. Külək generatorların 60%-dən çoxu Avropa, ABŞ, Çin və Hindistandır.