gototop gototop

Словарь

KÜLƏK ELEKTRİK STANSİYASI

(ingiliscə - Wind farm - külək elektrik stansiyası) bir və ya bir neçə yerdə toplanmış və bir şəbəkədə birləşdirilmiş külək enerji qurğularının (külək generatorunun) məcmusu. İri tutumlu külək elektrik stansiyaları 100 və daha çox külək generatorlarından ibarət olur. Onlar əsasən quru ərazilərdə qurulur. Bundan başqa, su hövzələrində də qurulan stansiyalar mövcuddur. Külək stansiyalarını “külək frmaları” da adlandırırlar. İlk külək elektrik stansiyası “Blita” 9 metr diametrli olaraq 1887-ci ildə Böyük Britaniyada tikilmişdir. Müasir dünyada 20 mindən çox Külək elektrik stansiyası mövcuddur.