gototop gototop

Словарь

KONSENTRİK GÜNƏŞ ELEKTRİK STANSİYASI

(ingiliscə - Concentrated Solar Power - Konsentrik günəş elektrik stansiyası) linza və ya güzgülərin köməyi ilə günəş şüalarını konsentrasiya edərək alınan istilik enerjisini turbinlərdə elektrik enerjisinə çevirən günəş elektrik stansiyası. Enerji almaq üçün postamentə böyük uzunluqları əhatə etməklə günəş işığını əks etdirən, toplayan və istiqaməti üzrə hərəkət edən parobolasilindirik güzgülər bərkidilir və onların foksunda istilikdaşıyıcı ilə təchiz olunmuş (bir qayda olaraq yağ) borular - kollektor sistemi qoyulur. İstilikdaşıyıcı qızaraq istilik mübadilə aparatlarında suya istilik verir və su buxara çevrilərək turbogeneratora daxil olaraq onu çalışdırır. Bu tip stansiyaların qurulması mərkəzləşdirilmiş enerji sistemlərindən uzaq ərazilərdə daha səmərəlidir. Müasir dövrdə parabolik qurğular Günəş texnologiyaları arasında daha çox inkişaf etmişdir və yaxın gələcəkdə iri layihələrdə onlardan istifadəyə üstünlük veriləcəkdir.