gototop gototop

Словарь

KOLLEKTİV TİCARƏT NİŞANI

(ingiliscə - Collective trade mark - kollektiv ticarət markası) hər hansı bir kooperativ müəssisənin, assosiasiyanın, ittifaqın, digər kollektiv qrup və ya təşkilat üzvlərinin müstəsna istifadəsi üçün qeydiyyatdan keçirilmiş xüsusi mal və ya xidmət nişanı. Kollektiv ticarət nişanı fərdiləşmə vasitəsi (identifikasiyası) olaraq birləşmiş şirkətlər qrupuna aid olan hüquqlardır və onun hüquqi rejimi adi ticarət nişanının mövcudluğundan fərqlənir. Belə ki, kollektiv nişana mülkiyyət hüququ birləşmədə yaranır və belə nişanın altında buraxılan məhsul istehsalçıların bütün qrupu üçün ümumi xüsusiyyətlərə malik olmalıdır.