gototop gototop

Словарь

KOKS

(ingiliscə - coke - bərk qalıq) sənaye və ya süni üsulla əldə edilən bir sıra maddələrin adı. Hava daxil olmadan istənilən üzvü materialın, təbii yanacaqların və ya onların emalı məhsullarının yüksək temperatur - 950-1150 dərəcə selsiyə qədər qızdırıldığı zaman əldə edilir. Yandırıldıqda alov vermir. Mütləq əksəriyyətdə xalis karbohidrogendir. Xammalın növündən asılı olaraq daş kömür, elektrod, yarımkoks, toflu və neftli koks fərqlənir. Daha çox daş kömürdən alınır. Ağac 500-700 dərəcə qapalı temperaturuna qədər qızdırıldıqda ağac koksu, ənənəvi istifadə edilən ağac kömürü alınır. Agac kömürü qara, koks isə boz-polad rəngdədir. Koks sıx strukrurlu və ağac kömüründən qat-qat möhkəmdir. Agac kömürü hisli alovla yanır, koks isə hiss izi qoymadan çəhrayı-mavi alov verir. Onlar kimyəvi tərkibinə görə də fərqlənirlər. Koks yüksək kalorili yanacaq kimi əksərən - 90%-ə qədər metallurgiyada - dəmir, mis, qurğuşun, nikel, sink və digərlərinin ərintisində, 6%-ə qədər kimya sənayesində və qalan 4% tikintidə, məişətdə və s. istifadə edilir. Neft və elektrod koksu əsasən elektrod istehsalı və daha az miqdarda isə yanacaq xammal olaraq istifadə olunur. Koks sözü bir sıra terminlərin tərkib hissəsini təşkil edir.