gototop gototop

Словарь

KOGENERASİYA

(ingiliscə - cogeneration - kogenerasiya, birgə generasiya) bir proses çərçivəsində istilik enerjisi ilə elektrik və ya mexaniki enerjinin eyni zamanda yaradılması. Kogenerasiya rejimində işləyə bilən qurğu kiçik energetikada  (kiçik istilik və mikro kombinə edilmiş elektrik stansiyaları) geniş istifadə olunan kogenerasiya qurğusudur. Kogenerasiyanın daha da inkişafı trigenerasiya (kondisioner sistemlərində soyuq yaratmaq üçün istifadə olunan) ilə bağlıdır.