gototop gototop

Словарь

KİOTO PROTOKOLU

(ingilcə - Kyoto Protocol - Kioto protokolu) qlobal istiləşməyə qarşı Yer atmosferinə istixana qazı tullantılarının buraxılışının azaldılması üzrə bağlanmış beynəlxalq müqavilə, protokol. BMT-nin 1992-ci il İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına (UNFCCC) əlavə sənəd olaraq 1997-ci il dekabrın 11-də Yaponiyanın Kyoto şəhərində qəbul edilmiş və 16 fevral 2005-ci ildə qüvvəyə minmişdir. Protokolun imzalanma müddəti 16 mart 1998-ci ildə açılmış və 1999-cu il martın 15-də başa çatmışdır. Razılaşmanın əsas məqsədini atmosferdəki istixana qazlarının konsentrasiyasını planetin iqlim sisteminə təhlükəli antropogen təsir göstərməyə imkan verməyəcək səviyyədə sabitləşdirmək təşkil edir. Hazırda Kioto Protokolunun 192 tərəfi var (191 dövlət və Avropa Birliyi). Eyni zamanda, ABŞ Protokolu imzalamış lakin ratifikasiya etməmişdir. Kanada isə onu 16 dekabr 2012-ci ildə onun rəsmən tərk etmişdir. Beynəlxalq müqavilə altı - karbon dioksidi (CO2), metan (CH4), azot oksidi (N2O), hidrofluorakarbonatlar (HFC), perfluorokarbonlar (PFC) və kükürd hexafluorid (SF6) istixana qazlarına aiddir. Protokol ümumi, lakin şaxələnmiş məsuliyyət prinsipinə əsaslanır. Burada iqtisadi inkişafın müxtəlif səviyyələrinə görə ölkələrin iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün fərqli imkanlarının olduğunu qəbul edilir. Bundan əlavə, hər ölkə üzrə istixana qazı tullantıları üçün kvota müəyyənləşdirilib. Əgər dövəlt tərəfindən ayrılmış kvotadan az miqdarda atmosferə istixana qazları buraxılarsa, bu halda o artıq qazı buna zərurət yaratmış digər ölkəyə sata bilər. UNFCCC. çərçivəsində ayrıca sənəd kimi 2015-ci ildə Paris Sazişinin qəbul edilməsi olmuşdur. Azərbaycanın 2000-ci ildən Kioto protokoluna qoşulmuşdur. Sənədə qoşulan zaman Azərbaycanın karbon qazı potensialı 62 milyon ton təşkil etməklə dünya potensialının 0,03%-nə bərabərdir (dünya üzrə 20 milyard ton). Azərbaycandakı müəssisələr hər il atmosferə 25-30 milyon ton karbon qazı buraxır və hazırda bu ehtiyatlar 40 milyon tona enmişdir. İstilik effekti yaradan qazların azaldılması üçün Kioto protokolunda 3 çevik mexanizm nəzərdə tutulub: “Birgə fəaliyyət”, “Karbon Ticarəti” və “Təmiz İnkişaf”. Azərbaycan yalnız “Təmiz İnkişaf” layihəsində iştirak edir.