gototop gototop

Словарь

İZOTOPLAR

(yunanca - ισος - “bərabər”, “eyni” və τόπος - yer, ingiliscə - isotopes - izotoplar) eyni atom nömrəsinə (sırasına) və eyni zamanda müxtəlif kütlə ədədlərə malik olan hər hansı bir kimyəvi elementin atomlarının (və nüvələrinin) növ müxtəlifliyi. Bir elementin bütün izotopları yalnız neytronların sayı ilə fərqlənməklə eyni nüvəyə malikdirlər. İzotop adətən onun aid kimyəvi elementin simvolu ilə ifadə olunur və həmin elementin yuxarı sol indeksinə əlavə edilməsi ilə kütlə rəqəmini bildirir. Dayanaqlı (sabit) və radioaktiv olanları fərqləndirilir. Əvvəlcə izotoplara izotopik elementlər deyilirdi, hazırda isə onları bəzən izotopik nuklidlər (atomların müəyyən kütlə sayı, atom nömrəsi və nüvələrin enerji vəziyyəti ilə xarakterizə olunan və müşahidə üçün kifayət qədər ömrə malik növü) də adlandırırlar. Yerdəki elementlərin çoxunun izotopik tərkibi bütün materiallarda eynidir. Təbiətdəki bəzi fiziki proseslər elementlərin izotopik tərkibinin pozulmasına səbəb olur. İnsanlar texnoloji fəaliyyətlərində materialların hər hansı bir spesifik xüsusiyyətlərini əldə etmək üçün elementlərin izotopik tərkibini dəyişdirməyi öyrənmişlər.