gototop gototop

Словарь

İZOPROPİL SPİRTİ, İZOPRAPANOL

(ingilscə - isopropyl alcohol - izoprpil spirti) üzvi birləşmə, alifatik sıranın sadə ikili biratomlu spirti (propanol-2, vtor-propanol, izopropanol, dimetilkarbinol, İPS). İzopropanolun karbon zəncirinə bağlı propanol-1 izomeri mövcuddur. Normal şəraitdə qısa karbohidrogen zəncirində olan spirtlərə xas kəskin qoxulu, yumşaq acı dadlı, şəffaf, rəngsiz mayedir. Narkotik təsirlidir, mərkəzi sinir sisteminə əzici təsir edər və yüksək dozada ölümlə  nəticələnə bilər. Havada qatı buxarlarının uzun müddət qalması başağrısı yaradır, gözə və nəfəs yollarına qıcıqlandırıcı təsir edir. Bir çox efir yağları, alkaloidləri, bəzi sintetik qatranları, plastikləri, rezinləri və digər kimyəvi birləşmələri yaxşı həll edir. Aseton və propilenin hidratlaşdırılması üsulları ilə əldə olunur. İzopropil spirtindən tibbdə, məişət kimyasında, kosmetikada, parfümeriyada, avtomobillər üçün mayelər (şüşəsilənlər, antifrizlər və s.), orqtexnikalarda, şüşələrin təmizlənməsində və sənayedə üzvi maddələrin həllediciləri kimi istifadə olunur. Dezinfeksiya vasitəsidir, aşağı toksikliyi onun şəxsi gigiyenada istifadəsini genişləndirmişdir. Səhiyyədə 70% etil spirtini əvəzləyir, tibbi salfetlərin hopdurulması üçün antiseptik kimi istifadə edilir.