Архив
Словарь
HİDROGEN-SULFİD QAZI
(ingiliscə - hydrogen-sulphide gas - hidrogen-sulfid qazə) rəngsiz, şirintəhər dadlı, çürük yumurtaların xarakterik xoşagəlməz ağır qoxusunu verən, suda yaxşı həll olan yanar qaz - H2S. Yüksək dərəcədə zəhərlidir. Təbii qazlarda miqdarı 1%-dən çox olmur. Oddan təhlükəlidir. Kimya sənayesində bəzi birləşmələrin sintezində, elementar kükürdün, sulfidlərin, sulfid turşusunun alınmasında istifadə olunur. Müalicəvi məqsədlər üçün də (hidrogen sulfid vannalarında) istifadə olunur.