gototop gototop

Словарь

HİDROGEN XLORİD

(ingiliscə - hydrogen chloride - hidrogen xlorid) normal şəraitdə rəngsiz, kəskin qoxulu termal sabit zəhərli qaz. Rütubətli havada tüstülənir, suda asanlıqla həll olunaraq xlorid turşusu (xlorid turşusunun məhlulu xırda beton və gips məhsullarının səki plitələri, dəmir-beton məmulatları və s. istehsalında geniş istifadə olunur) yaradır. Sulu məhlul xloridlərin alınmasında, metalların aşındırılmasında, qabların üzlərinin təmizlənməsində, karbonat quyularda, filizlərindən təmizlənməsində, kauçukların, natrium glutamat, soda, xlor və digər məhsulların istehsalında geniş istifadə olunur, həmçinin üzvi sintezdə də tətbiq edilir. Hidrogen xlorid üçüncü təhlükə sinfinə aid edilərək, güclü zəhərli maddələr siyahısına daxil edilmişdir. Yüksək konsentrasiyalarda boğucu təsiri göstərir. Hidrogen xloridinin çox miqdarda inhalyasiyası (tənəffüs orqanlarına daxil olması) öskürək, burun, boğaz və yuxarı tənəffüs yollarının iltihabına, ağır hallarda - ağciyər şişməsinə, qan dövranı sisteminin pozulmasına və hətta ölümünə səbəb olar, dəri ilə təmasda isə qızartı, ağrı və ağır yanıqları yarada bilər. Hidrogen xlorid ciddi göz yanıqlarına və qalıcı göz zədələnməsinə də səbəb ola bilər. Ondan müharibələr zamanı zəhərli bir vasitə kimi istifadə edilmişdir.