gototop gototop

Словарь

HEYDƏR ƏLİYEV ADINA BAKI NEFT EMALI ZAVODU

(ingilscə - The Heydar Aliyev Oil Refinery - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) əsasən Azərbaycan neftini emal edərək avtomobil benzinləri, reaktiv mühərriklər üçün yanacaq, dizel yanacağı, soba mazutu, neft koksu, mühərrik, sənaye, turbin, trasformatorlar üçün müxtəlif yağlar istehsal edən SOCAR-ın struktur bölməsi olan neft emalı müəssisəsi. 1953-cü ildə Yeni Bakı Neftayırma Zavodu kimi yaradılmışdır. 2005-ci ildən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşayır. 2015-ci ildən “Azərneftyağ” neft emalı zavodu Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun tərkibinə daxil edilmişdir. Strukturna 10 istehsalat (Xam neftin ilkin emalı - 2 istehsalat, Katalitik riforminq, Katalitik krekinq, Koks istehsalı, Yağların hidrotəmizlənməsi, Kükürd, turş sular C4 və MTBE, Ümumzavod Təsərrüfatı, Əmtəə benzinlərinin hazırlanması və Əmtəə istehsalatı), 12 sahə (Xam neftin qəbulu və nəqli, Bitum istehsalı, Neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi, Laboratoriya, Mexaniki təmir və istismar, Elektrik təmiri və istismarı, Avtomatlaşdırma, Təmir-tikinti, Anbar təsərrüfatı, Mühafizə qurğuları və rabitə, Dəmiryolun istismarı, Abadlaşdırma və təmizlik darələri) və Qaz təhlükəli işlərdən xilasetmə dəstəsi daxildir. Benzin, dizel, reaktiv və digər mühərrik yanacaqları, maye qazlar, neft bitumu, hidrotəmizlənmiş benzin, soba mazutu, neft koksu, sürtgü yağları (Zavod Azərbaycanın neft məhsullarına olan tələbatını tam ödəyir və məhsulların 45%-i xarici ölkələrə ixrac edilir) istejsal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını ödəməklə yanaşı neft məhsullarının 45%-ni xaricə ixrac edir. Hazırda Zavodda bitium, Avro-5 standartlarına cavab verən benzin və dizel yanacağının istehsalı üzrə modernizasiya işləri aparılır. llik emal-imkan gücü 6,2 milyon ton, nizamnamə kapitalı 808 milyon manat, işçi sayı 3 376 nəfər (01.01.2020). Zavod Bakı şıhırindı yerləşir.