gototop gototop

Словарь

HELİOTERMAL ENERGETİKA

(ingiliscə - Solar thermal energy - Günəş istilik enerjisi) günəş radiasiyasını suyu isitməyə və ya asan qaynayan maye istilikdaşıyıcısının qızdırılmasına yönəltməklə enerjinin alınması üçün tətbiq olunan texnologiya. Günəş energisindən ən səmərəli istifadə mexanizmi hesab olunur. Geotermal enerji parabolik əyri güzgünün köməyi ilə günəş işığını konsentrasiya edərək onu istiliyə və daha sonra elektrik enerjisinə çevirməklə alınır. Heliotermal energetika həm elektrik enerjisinin sənaye istehsalında və həm də məişətdə suyun qızdırılmasında tətbiq edilir. İlk heliotermal enerji qurğusu təxminən 1912-1913-cü illərdə Misirdə mövcud olmuşdur. Həmin üsulla alınan istiliyikdən 60-70 at gücündə buxar mühərriki işləmişdir. Maye yanacaqdan istifadənin inkişafı ilə əlaqədar layihə onilliklər ərzində atılıb qalmışdır.