Архив
Словарь
BARENS-AVROARKTIK BÖLGƏSİ ŞURASI
- (ingiliscə - Barents Euro-Arctic Council, BEAC - Barens-Avroarktik Bölgəsi Şurası, BABŞ) - 1993-cü ildə təsis edilmiş regional əməkdaşlıq forumudur. Şuraya Danimarka, İslandiya, Norveç, Rusiya, Finlandiya, İsveç və həmçinin Avropa Cəmiyyətləri Komissiyası daimi üzvlər kimi daxil olmuşlar. Doqquz ölkə: Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Niderland, Polşa, Fransa, ABŞ və Yaponiya şurada müşahidəçi statusuna malikdirlər.