gototop gototop

Словарь

GÜNƏŞ ELEKTRİK STANSİYASI

(ingiliscə - Solar power plant - Günəş elektrik stansiyası) Günəş radiasiyasını (şüalarını) elektrik enerjisinə çevirən mühəndis qurğusu, stansiyası. Günəş radiasiyasının elektrik enerjisinə çevrilməsi üsulları elektrik stansiyasının strukturundan asılı olaraq müxtəlifdir. Günəş elektrik stansiyaları qüllə (qala), boşqab tipli, fotobatareyalardan (fotoelektrik) istifadəyə əsaslanan, kombinəedilmiş, aerostat, konsentrik, Günəş-vakuum və Stirling mühərrikindən istifadə edən elektrik stansiyaları kimi növləri vardır.