gototop gototop

Словарь

GÜBRƏ

(ingiliscə - fertilizer - gübrə) bitkiləri qida maddələri ilə təmin etmək üçün torpağa (məhsuldarlığı artırmaq üçün), bəzən yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələr. Mənşəyinə (mineral və üzvi), aqreqasiya vəziyyətinə (maye, yarı maye, qatı), hərəkət üsuluna (birbaşa və dolayı), torpağa daxil edilməsi üsuluna (əsas, əkin əvvəli, yemləmə, yeraltı, yerüstü), bitki qidalanması yoluna (kök bəslənməsi, yarpaqla) görə meyarlara üzrə təsnif edilə bilər. Əkinçilikdə üzvi (peyin, nəcis, torf, kül, konpost, ağac qabığı, yonqar və s.), mineral (azot, fosfor, kalium, kalsium və s.), bakterial (rizotorfin, nitraqin, azotobakterin, fosforabakterin və s.) və meliorativ (gips və əhəng) gübrələrdən istifadə olunur. Bilavasitə təsərrüfatlarda alınan gübrələr (reyin, torf, kül) yerli, kimya müəssisələrində istehsal olunanlar (azot, fosfor, kalium) sənaye gübrələri adlanır. Bitkilərin karbon dioksid konsentrasiyasından (istixanalarda bitkilərin məhsuldarlığını artırmaq üçün) asılılığı da tədqiqat obyektinə çevrilməkdədir.