Архив
Словарь
(ingiliscə - energy management - enerji menecmenti, enerji idarəciliyi) müəssisədə daimi fəaliyyət göstərərək onun iqtisadi fəaliyyətini təmin etmək üçün tələb olunan miqdarda enerji ehtiyatlarının istehsalı, daşınması və istifadəsi proseslərini proqnozlaşdırmağa və nəzarət etməyə imkan verən enerji istehlakının idarəetmə sistemi. Enerji menecmenti müəssisədə yanacaq və enerji ehtiyatlarından səmərəli istifadəni stimullaşdırmaq və nəzarət etmək üçün adekvat idarəetmə strukturlarının və mexanizmlərinin yaradılması ilə tsikliliyi, ardıcıl icrasılığı, planlaşdırmanın koordinasiyasını əlaqəli quran bir idarəetmə prosesidir. Konsepsiya olaraq çox pul xərcləmədən enerji qənaətini tətbiq etməyə kömək edə biləcək çoxsaylı metod və usullardan ibarətdir. Təcrübə göstərir ki, bir çox müəssisələr səmərəli enerji idarəetmə sistemi təşkil etməklə enerji xərclərini ən azı 10-15% azalda bilərlər.