gototop gototop

Словарь

ELEKTRİK ALQI-SATQI MÜQAVİLƏSİ

(ingiliscə - Power purchase agreement, PPA - Elektrik alqı-satqı müqaviləsi) elektrik enerjisi istehsalçısı (satıcı) və onu satın alan (alıcı) arasında təchizat müqaviləsi. PPA layihənin maliyyələşdirilməsinin əsas vasitələrindən biri olaraq onun istismarına başlananda elektrik enerjisinin satış üzrə iki tərəf arasında ödəniş şərtləri, tariflər, elektrik təchizatı cədvəli, tam göndərilməməsi üçün cərimələr, dayandırılma və xitam da daxil olmaqla bütün kommersiya şərtlərini təyin edir. Uzunmüddətli saziş kimi, bir qayda olaraq 5-ildən 20 ilədək müddətləri əhatə edir. Avropa Enerji Treyderləri Federasiyası (EFET) və korporativ yaşıl enerji satınalmaları üçün Avropa platforması (RE-Source) elektrik enerjisi alqı-satqısı müqaviləsinin standart formasını (korporativ enerji alqı - satqısı-CPPA) təsdiq etmişdir.