Архив
Словарь
EGNOS
(ingilcə - European Geostationary Navigation Overlay Service - Avropa Geostasionar Naviqasiya Xidməti) Avropadakı GPS, GLONASS (ГЛОНАСС) və Galileo sistemlərinin performansını (işini) yaxşılaşdırmaq üçün hazırlanmış və Amerika WAAS sisteminin analoqu olan geostasionar peyk-naviqasiya xidməti. Təsir dairəsi bütün Avropanı, Afrikanın şimalını və Rusiyanın kiçik Avropa hissəsini əhatə edir. WAAS kimi, sistem yerüstü stansiyalar şəbəkəsindən, GPS, GLONASS və Galileo peyklərindən məlumat toplayan əsas stansiyadan və EGNOS geostasionar peyklərindən ibarətdir ki, bu məlumatlar da öz növbəsində fərqləndirilmiş (differensasiya olunmuş) düzəlişlərin qəbulunu dəstəkləyən GPS qəbuledicilərinə ötürülür.