Архив
Словарь
(ingiliscə - Ephemeris time, ET - Efemerid vaxtı, ET) Yerin dəyişən fırlanma sürətindən asılı olmayaraq saniyənin təyin edilməsin əsaslanan vahid vaxt miqyası. 1952-ci ildə Beynəlxalq Astronomiya İttifaqı, İAU tərəfindən standar olaraq dövriyyəyə gətirilmişdir. O, “astronomların və digər elm adamlarının rahatlığı”na görə yerin fırlanmasında nizamsızlığın təsirlərindən qurtulmaq üçün vahid zaman ölçüsünə bir yanaşma olaraq hazırlanmışdır. 1984-cü ildə ET vaxtının miqyasını dinamik yer vaxtı (TDT), onu isə 2001-ci ildə Yer vaxtı (TT) əvəzləmişdir. Efemerid vaxtı vahidi, efemerid saniyəsidir, 1900, 0 yanvar, saat 12-yə təyin olunmuş tropik ilin 1/31556925,9747-nə bərabərdir. İstilah başlanğıcını qədim yunan sözü bu gün, gündəlik mənalarını ifadələndirən efemerid (ἐφημερίς) sözündən almışdır.