gototop gototop

Словарь

DƏYƏR ZƏNCİRİ

(ingiliscə - value chain - dəyər zənciri) təkrar istehsal prosesinin hər bir mərhələsində yeni yaradılan dəyər (xalis istehsal, əlavə dəyər). Strateji planlaşdırma məqsədi ilə təşkilatın fəaliyyətinin ətraflı öyrənilməsinə yönəlmiş strateji təhlil vasitəsi. İdeya olaraq şirkətin ayrıca fəaliyyət növlərini təhlil edərək rəqabət üstünlüyü mənbələrini müəyyənləşdirmək üçün amerika iqtisadçısı Maykl Yudjin Porter (1947) tərəfindən “Rəqabətli üstünlük” kitabında (1985) irəli sürülmüşdür. Dəyər zənciri xərcləri, həmçinin mövcud və mümkün fərqləndirmə vasitələri öyrənmək üçün şirkətin fəaliyyətini strateji əhəmiyyətli fəaliyyətlərə bölür. Şirkətin rəqabət üstünlüyü bu strateji fəaliyyət növlərinin rəqiblərdən daha yaxşı həyata keçirilməsi nəticəsində yaranır.