gototop gototop

Словарь

DAŞ KÖMÜR KOKSU

(ingiliscə - coal coke - daş kömür koksu) daş kömürün koksinasiyası, quru emalı ilə əldə edilən boz (neytral) rəngli bərk məsaməli məhsul. Daş kömür koksu daha geniş yayılmışdır. Daş kömür koksu təyinatı, xüsusiyyətləri və ölçülərindən asılı olaraq domna koksu, tökmə koks, qaz generatorlu koksu, əlvan metallurgiya üçün koks, enerji koksu və koks qozaları növləri fərqləndirilir. Çeşidləmədən sonra 10 mm ölçüyə qədər qalan daş kömür koks qırıntısını dəmir filizi və ferroərintilərin aqlomerasiyasında bərpaedici kimi, eləcə də enerji yanacaq olaraq istifadə edilir. Daş kömür koksu analoqları arasında ən populyarıdır və hər il istehsal edilən 600 milyon ton koksun 400 milyon tonu onun payına düşür.