gototop gototop

Словарь

DAŞ KÖMÜR

(ingilscə - hard coal - daş kömür) karbon səciyyəsində kömürlə qonur kömür və antrasit arasında aralıq formalı bərk yanar faydalı qazıntı. Üzvi birləşmə olaraq birki qalıqlarından yaranmışdır. Təzyiq və temperaturların təsiri altında əsrlər boyu torf yataqları suxura çevrilmişdir. Əvvəlcə qonur kömürə, sonra daş kömürə və nəhayət antrasitə çevrilmişdir. Daş kömür daha möhkəm, bərk və ağır faydalı qazıntıdır. Çöküntülərinin yaşı təxminən 350 milyon ildir və yataqları 2 km-dən dərinlikdə yerləşir. XVIII-XIX əsrlərdə sənaye üsulu ilə işlənməyə başlayan iri daş kömür hövzələri arasında Mərkəzi İngiltərə, Cənubi Uels, Şotlandiya və Nyukasl (Böyük Britaniya), Vestfal-Rur və Saarbrucken hövzələri (AFR), Belçika və Şimali Fransa yataqları, Sent-Etyen (Fransa) hövzələri, Sileziyalar (Polşa), Donetsk hövzəsi (Ukrayna) fərqlənirlər.