gototop gototop

Словарь

CƏDVƏL

(latıncaə - tabula - lövhə) eyni tipli sətir və sütunlarda məlumatların paylanması və qruplaşdırılmasının təmsili, quruluşu üsulu. Cədvəllərdən müxtəlif tədqiqatlarda və məlumatların təhlilində geniş istifadə olunur. Onlara kütləvi informasiya vasitələrində, əlyazma materiallarında, rəqəmsal məlumatların  təqdimatında, kompüter proqramlarında və yol nişanlarında da rast gəlinir. Məntiqi olaraq cədvəl mübtəda və xəbərdən ibarətdir. Mübtəda baxışına həsr edilmiş həmin hadisə və ya obyektin adı, xəbər isə obyektlərdə göstərilən xüsusiyyətlərin məcmusudur. Daxil edilən göstəricilər bütün informasiya ilə əhatə olunmursa, yalnız bir sıra təşkil edərək məlumat xarakteri daşımırsa, onda cədvələ də ehtiyac qalmır. Prosesin gedişatının xarakterini əyani şəkildə nümayiş etdirmək, strukturunu müəyyən etmək, hissələrin nisbətini göstərmək lazım gəldikdə cədvəlin qrafik və ya diaqramla əvəz edilməsi məqsədəuyğundur.