gototop gototop

Словарь

BİOLOJİ PREPARATLAR

(ingiliscə - biological preparations - bioloji preparatlar) bioloji mənşəyə malik məhsullar, o cümlədən vaksin, qan preparatları, allergenlər, somatik hüceyrələr, toxumalar, rekombinant zülallar. İnsan və heyvanların yoluxucu və parazit xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi, onların həyat göstəricilərinin yüksəldilməsi, bitkilərin zərərvericilər və xəstəliklərdən qorunması, torpaqların münbitliyinin artırılması və s. üçün istifadə olunur. Qrupun tərkibinə şəkərlər, zülallar, nuklein turşuları və ya bu maddələrin kompleks birləşmələri daxil ola bilərlər. Onlar özündə bioloji obyektləri (hüceyrələr, toxumalar və ya nəcis) təmsil edə bilər. Bioloji preparatlar müxtəlif təbii mənbələrdən - heyvanlardan, mikroorqanizmlərdən əldə olunur və həmçinin biotexnologiya üsulları ilə sintez edilə bilər. Geniş tətbiq sahəsinə kənd təsərrüfatı, meşə və kommunal təsərrüfatları aiddir.