gototop gototop

Словарь

BEYNƏLXALQ SƏMA KOORDİNAT SİSTEMİ

(ingiliscə - International Celestial Reference System, ICRS - Beynəlxalq Səma Koordinat Sistemi, ICRS) səmavi (astronomik) koordinatların standart istinad sistemi. 1997-ci Beynəlxalq Astronomiya İttifaqı - IAU konqresində qəbul edilmişdir. 1998-ci ildən “Standart səma koordinat sistemi” adlanır. Başlanğıc nöqtəsi günəş sisteminin barı (ağırlıq) mərkəzidir (həndəsi mərkəz). Bu sistemdəki koordinatlar mümkün qədər J2000.0 ekvatorial dövrünə yaxındır (fərq qövs saniyəsi həddindədir). Sistemin oxları, müşahidə ediləbilən kainatın ən uzaq obyektləri sayılan kvazarlarla (kiçik ulduz və ya ulduza oxşar) əlaqəli məkanda təsbit olunmuşdur.