gototop gototop

Словарь

BEYNƏLXALQ ASTRONOMİYA İTTİFAQI

(ingiliscə - International Astronomical Union, İAU - Beynəlxalq Astronomiya İttifaqı, İAU) dünya astronomik təşkilatlarını birləşdirən beynəlxalq ittifaq. 1919-cu ildə Belçikanın paytaxtı Bürüseldə təsis edilmişdir. IAU, astronomik cisimlər və onların hissələrinin rəsmi adı kimi əməkdaşlıq və standartlaşdırma tələb edən astronomik məsələlərin həllində ən yüksək beynəlxalq qurumolaraq tanınır (İAU qöy cisimlərinə ad vermək üçün pullu xidmətlər göstərmədiyini qeyd edir). O, həmçinin inkişaf etməkdə olan ölkələrdə astronomik müşahidələri asanlaşdırır. IAU Baş Məclisi üç ildən bir toplanır və mütəmadi olaraq mütəxəssislərin simpoziumları və danışıqları təşkil olunur. Milli akademiyalar və ya digər dövlət qurumları tərəfindən təqdim olunan üzv dövlətlərdən və fərdi peşəkar astronomlardan ibarətdir. İttifaqa 82 dövlət və 13650 fərdi üzv daxildir. Mənzil qərargahı Fransanın paytaxtı Paris şəhərində yerləşir.