Архив
Словарь
(ingilscə - The Basel Convention on the Control of Transboundary Movements of Hazardous Wastes and Their Disposa - Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyasına) təhlükəli tullantıların transsərhəd hərəkətinə və onların atılmasına nəzarət haqqında beynəlxalq konvensiya. İnsan sağlamlığını və ətraf mühiti zərərli tullantıların istehsalı, istifadəsi, transsərhəd hərəkəti və atılması nəticəsində yaranan zərərli təsirlərdən qorumaq məqsədi daşıyır. 1989-cu ilin 22 martında İçveçrənin Bazel şəhərində qəbul olunmuçdur. 170 üzv ölkə. Konvensiyayanın predmetinə biotibbi və tibbi tullantılar, istifadə olunmuş yağ məhsulları və qurğuşun turşusu akkumulyatorlar, ətraf mühitdə uzun müddət qalan davamlı üzvi çirkləndiricilər, kimyəvi maddələr və pestisidlər, polyxlorlu bifenillər - elektrik transformatorlarında və kondensatorlarda istilik ötürücü və boyalara, karbonatsız surətçıxarma kağızlarına, möhörləmə materiallarına, həmçinin plastiklərə əlavə edilən maddələr keyfiyyətində sənayedə istifadə edilən birləşmələri aid olunurlar. Azərbaycan 2001-ci ildən konvensiyaya qoşulmuşdur.