Архив
Словарь
BARİSENTRİK SƏMA İSTİNAD SİSTEMİ
(ingiliscə - Barycentric Celestial Reference System, BCRS - Barısentrık Səma İstinad Sistemi, BCRS) Günəş sistemi üçün məkan-zaman mövqelərini ümumi nisbilik nəzəriyyəsi çərçivəsində qurulması üçün nəzərdə tulan koordinat sistem. Astronomik obyektlərin yerini və hərəkətini müəyyən etmək üçün astrometriyada istifadə olunur. Beynəlxalq Astronomiya İttifaqı - İAU tərəfindən Yerin qravitasiyası yaxınlığından kənarda yerləşən cisimlər: planetlər və günəş sisteminin digər cisimləri, Süd Yolu (“Ağ Yol”, “Bizim Qalaktika”, “Kəhkəşan”) qalaktikasındakı ulduzlar və digər cisimlər və qalaktikasın xaric obyektlərə istinad üçün qlobal standart sistemi olaraq 2000-cı ildə yaradılmışdır.