gototop gototop

Словарь

BARİSENTRİK DİNAMİK VAXT

(ingiliscə - Barycentric Dynamical Time, TDB - Barisentrik Dinamik Vaxt, TDB) Günəş sistemində orbitlərin və planetlərin astronomik efemeridlərinin, asteroidlərin, kometlərin və planetlərarası kosmik aparatların hesablanması zamanı vaxtın ləngiməsi nəzərə alınmaqla astronomik istifadə üçün nəzərdə tutulmuş relativist (nisbi) əlaqələndirici-zaman şkalası. 1976-cı ildə Beynəlxalq Astronomiya İttifaqı - İAU tərəfindən 1960-cı ildən istifadə olunan Efemerid vaxtı - ET yerinə təyin edilmişdir.