Архив
Словарь
(ingiliscə - Baku Ship Yard - Bakı Gəmiqayırma Zavodu) Xəzər dənizdə tələbat olan istənilən növ gəmilərin - anker, quru yük, yedək-təchizat, sərnişin, kran, dalğıc və s. tikintisi və təmiri həyata keçirməyə qabil iri istehsalat müəssisəsi. İllik emal-imkan gücü 25 min ton metal-konstruksiya çəkisində 4 ədəd 15,000 ton yükgötürmə qabiliyyətinə malik tanker (yaxud 2 ədəd 70,000 ton yükgötürən tanker) və 4 ədəd dəniz təchizat gəmisi (hərbi, sərnişin və ya hər hansı digər təyinatlı). Eyni zamanda, 80-100 ədəd müxtəlif təyinatlı gəmilərin təmir edilməsi. Xəzər dənizi hövzəsində ən böyük gəmiqayırma zavodudur. Təməli 2010-cu ildə qoyulmuş və 2013-cü ildə istismara buraxılmışdır. 2015-ci ildən Qaradağ Sənaye Parkının rezidentidir. Payçıları SOCAR - 87,47%, “Azərbaycan İnvestisiya Şirkəti” - 8,95% və Sinqapurun “Keppel Offshore & Marine” şirkəti - 3,58%. Nizamnamə kapitalı 616 milyon manat, işçi sayı 1381 nəfər (01.01.2020). Bakı şəhəri Qaradağ rayonu ərazisində (Salyan şossesi) yerləşir.