Архив
Словарь
AMMONİUM-NİTRAT, AMMONİUM SELİTRA
(ingiliscə - ammonium nitrate - ammonıum-nıtrat) ağ rəngli kristal maddə, kimyəvi birləşmə, azot turşusu duzu. İlk dəfə 1659-cu ildə alman kimyaçısı Johann Glauber (1604-1670) tərəfindən əldə edilmişdir. Partlayıcı maddələrin komponenti və azot gübrəsi kimi istifadə olunur. Kənd təsərrüfatında - turş olmayan torpaqlarda gübrə və ya digər gübrələrin alınmasında xammal olaraq, partlayıcı maddə kimi isə sənaye və dağ-mədən işlərində digər karbohidrogen tərkibli yanıcı maddələrlə qarışıq formada istifadə edilir. Təmiz halda digər partlayıcılarla müqayisədə partlama enerjisi azdır. Daşınma və saxlanılma zamanı təhlükəliliyi xüsusən nəzərə alınmalıdır. Saxlanılması xüsusu qaydalarla tənzimlənir.