Архив
Словарь
AĞILLI SAYĞAC, SMART SAYĞAC
(ingiliscə - smart meter - ağıllı sayğac sistemi) istehlak göstəricilərini ənənəvi ölçmə cihazlarından daha ətraflı və detallı müəyyənləşdirən, kommunal xidmətlərə görə hesablaşma və ödənişləri izləmək, monitorinqini aparmaq və həyata keçirmək üçün şəbəkə texnologiyaları ilə ötürülməsi üçün rabitə vasitələri ilə əlavə təchiz edilmiş sayğac növü. Smart sayğaclar uzun müddətdir işləyən sayğaclara bənzərli olsalar da məlumatları real vaxt rejimində oxumaq, yığmaq və saxlamaq, enerji itkiləri barədə xəbərdarlıq və kommunal ehtiyatların keyfiyyətini izləmək kimi bir sıra müxtəlif qabaqcıl texnologiyalara malikdirlər və məlumatları İnternet və digər müvafiq rabitə kanalları vasitəsilə ötürmə imkanlıdırlar.