gototop gototop

Словарь

YENİ BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI

(ingiliscə - New Baku International Sea Trade Port - Yeni bakı Beynəlxalq Dəniz Ticarət Limanı) Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Ələt qəsəbəsində Xəzər dənizi sahilində yerləşən beynəlxalq dəniz ticarət limanı. Şərq-Qərb (İpək Yolu) və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzərində qurulan, Xəzər dənizində mövcud limanların ən böyüyüdür. Avropa ilə Asiya arasındakı ticarətə böyük təkan verə liman quru yük, bərə, Ro-Ro və sərnişin terminallarına malikdir. İlkin mərhələdə yükaşırma imkanı 10 milyon tona qədər yük/167000 vaqon və 50 min TEU-ya qədər konteyner/25000 vaqon hesablanır. İkinci mərhələdə limanın yükaşırma gücü 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaqdır. Liman tam gücü işə düşdükdən sonra bitişik böyük ərazi ilə AİZ-ə çevriləcək, həmçinin, burada karbon tullantılarının həcmini azaldan müxtəlif təsirli texnologiyalar tətbiq etməklə “Yaşıl liman” strategiyası reallaşdırılacaqdır.