Архив
Словарь
VİKİPEDİYA
(havay dilində - “wikiwiki” - “ən qısa müddətdə” + yunanca - παιδεία - öyrənmə, təlim) məzmunu könüllülər, həvəskarlar, maraqlılar tərəfindən qeyri-kommersiya əsasında zənginləşdirilən nəhəng internet ensiklopediyalaraından biri. Mindən artıq fəal könüllü bu layihədə iştirak edir. Vikipediya sözü “viki” və ”ensiklopediya” sözlərinin birləşməsindən yaranmışdır. Viki - quruluşu və məzmunu saytın özü tərəfindən verilmiş vasitələrlə istifadəçilər tərəfindən dəyişdirilə biləcəyi bir saytdır. Vikitexnologiyanın əsas ideyası sənədlərlə komanda işinin mümkünlüyünü təmin etməkdir. Pediya isə ensiklopediya sözündən götürülmüşdür. Daha geniş mənada vikipediya - hər bir vikilayihədir.