Архив
Словарь
(ingiliscə - industrial park - sənaye parkı) istehsal və digər müəssisələrin ümumi infrastruktur və qarşılıqlı istehsal kooperasiyası vasitəsilə birləşdirildiyi xüsusi ərazi. Həmin ərazi kiçik və orta biznes qurumları olan icarəçi-şirkətlər tərəfindən istehsal fəaliyyətinin təşkili məqsədi ilə müvafiq infrastruktur, kommunikasiyalar, inzibati, istehsal və anbar binaları yaratmaq üçün istifadə edilir. Belə şirkətləri sənaye parkının rezidentləri adlandırırlar. Dünya təcrübəsində istehsal (istehsal yönümlü) və texnoloji (elmi-texniki tədqiqatlar və texnoloji inkişafa yönəlik) yönümlü sənayə parkları fərqləndirilir. Sənaye parkının yaradılmasının mahiyyətində ümumi fəaliyyət sferasına (profilli sənaye parkı) malik olanları bir müəssisə ərazisində və ya energetika, elektrik və istilik şəbəkəsi, təmizləyici qurğular, su və kanalizasiya obyektləri, siqnalizasiya, mühafizə və rabitə sistemi və s. əhatə edən vahid mühəndis infrastrukturundan (sənaye parkı infrastrukturu) istifadə əsasında cəmləşdirmə dayanır. Belə konsentrasiya bütün sənaye parkı iştirakçılarına infrastruktur xərclərində qənaət etməyə imkan verir. Sənaye parkının səmərəli fəaliyyəti üçün onların xammal və material resurslarına və əsas nəqliyyat yolları və qovşaqlarına (dəniz və hava limanları, avtomagistrallar, dəmir yolu, su kanalları və boru kəmərləri) yaxınlığı və həmçinin burada tələb edilmiş peşəkar səviyyə və işçi qüvvəsi dəyərliyinin olması vacib şərtlidir. Sənaye parkları texnoparklardan onların strukturunda mütləq olmalı - elmi-tədqiqat institutları, universitetlər, elmi mərkəzlər və s. bu kimi infrastrukrur elmentlərinin mövcudluğu baxımından, biznes inkubatorlarından isə onların kiçik və yeni yaranan müəssissələrə baha olmayan sahə, bina, xidmət və texniki infrastrukturun verilməsi missiyası ilə fərqlənir. Azərbaycan Respublikası qanunvericiliyində sənaye parkı - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.