Архив
Словарь
(ingiliscə - recreational resources - rekreasiya resursları) insanın mənəvi və fiziki gücünün, habelə onun əmək qabiliyyətinin bərpası və inkişafına təkan verəcək təbii, təbii-texniki və sosial-iqtisadi komplekslərin və onların elementlərinin məcmusudur. Rekreasiya resursları insanların istirahətini dolğun təmin edir. Müasir və perspektiv strukturda rekreasiya tələbləri və texniki-iqtisadi imkanlardan bilavasitə kurort və turizm xidmətlərinin göstərilməsi üçün istifadə olunur. Təbii-rekreasiya (qoruqlar, yasaqlıqlar, milli parklar, şəhərətrafi yaşıl massivlər və s.) və təbii-tarixi (tarixi abidələr, arxeoloji, memarlıq, incəsənət) növlərə ayrılır. Rekreasiya resurslarının tükənmə və itmə sürəti yüksəkdir və bu da özünə əlahiddə diqqət tələb edir.