Архив
Словарь
(ingiliscə - real sector - real sektor) maliyyə xidmətləri istisna olmaqla, bütün maddi və qeyri-maddi istehsal sahələri məcmusunu əhatə edir. Bu klassik təyinat iqtisad elmində hələ də dəyişilməmiş qalmaqdadır. Lakin onun əleyhdarları da çoxdur. Real sektorun sahəvi komplekslərə bölünməsində praktiki müstəvidəki yanaşmalar da müxtəlifdir. Ümumilkdə buraya – yanacaq-enerji kompleksi, aqrar-sənaye kompleksi, meşə sənayesi kompleksi, nəqliyyat kompleksi, tikinti, ticarət və iştimai iaşə, rabitə və telekommunikasiya, kimya, metallurgiya, yüngül sənaye və digərləri aid edilir. Statistik metodoloji təsnifatda real sektoru sənaye, kənd təsərrüfat, tikinti, ticarət, nəqliyyat və rabitə əhatə edir. Real sektorda yüksək mənfəət yaranır və o, əsas budcə daxilolmalarını təmin edir.