gototop gototop

Словарь

REAKTİV MÜHƏRRİKLƏR ÜÇÜN BENZİN

(ingiliscə - casoline type jet fuel - reaktiv mühərriklər üçün benzin) yüngül karbohidrogen fraksiyaların bütün növlərinin daxil olduğu aviasiya turbinli güc qurğularında istifadə olunan və 100-2500 C-də qaynayan mühərrik benzini. Reaktiv mühərriklər üçün nafta və ya JP4 (naphtha type jet fuel or JP4) adlanan belə benzini almaq üçün  ağ neftlə benzin və ya nafta elə nisbətdə qarışdırılır ki, tərkibdə ətirli fraksiyaların həcmi 25%-dək, yanacağın buxarlanma təzyiqi isə 13,7 kPa-dən 20,6 kPa-dək nisbətdə olsun.