gototop gototop

Словарь

POST-FORDİZM

(ingiliscə - postfordism - fordçuluqdan sonra) “fordizm” i əvəzləyərək geniş çeşidli əmtəələrin kiçik seriyalı buraxılışına əsaslanan və istehlakçı tələblərini nəzərə alaraq daim modifikasiya olunan istehsalın təşkilinin yeni sistemi. Daha çox XX əsrin sonlarında iqtisadi inkişaf etmiş ölkələrdə dominantlıq qazanmışdır. Qloballaşma və postindustrial cəmiyyət quruculuğu ilə bilavasitə bağlıdır. Kiçik seriyalı istehsal, məhsul və ixtisasların dar ixtisaslaşması, vüsətli qənaət (economies of scope), yeni informasiya texnologiyaları, xidmət sferasının çiçəklənməsi və “ağ yaxalıqlar”, həmçinin işçi qüvvəsinin feminizasiyası ilə xarakteriktir.