gototop gototop

Словарь

POLİETİLEN

(ingilscə - polyethylene - etilen polimeri) etilenin termoplastik polimeri, özündə ağ kütləni ehtiva edən üzvi birləşmə. Etilenin polimerləşməsindən alınır. Zərbəyə həssas deyil (amortizator), şaxtayadavamlı, dielektrik, qızdırıldığı (80-120°С) zaman yumşalır, yapışqanlaşır. Çox vaxt düzgün olmadan sellofan adlandırılır. İqtisadi əhəmiyyətlidir. Müxtəlif detalların, qurğu və aparat hissələrinin və sanitar-texniki məmulatların hazırlanmasında, qablaşdırma və tara keyfiyyətində, həmçinin elektro və istilik izolyasiyası materialı qismində geniş istifadə olunur.