gototop gototop

Словарь

PELLETLƏR

(ingilscə - pellets - çöküntü) torfdan, ağac qırıntılarından (taxta fişləri, odun yonqarı, aqac qabığı və digər meşə emalı tullantıları.) və kənd təsərrüfatı tullantılarından (qarğıdalı, saman, yarma istehsalı tullantıları, günəbaxan toxumunun qabığı, toyuq peyni) alınan bioyanacaq. Xarici görünüşü silindrik formalıdır. Pellətlər yanacaq effektifliyi ilə yanaşı, saxlanma və qablaşdırma rahatlığı, ekoloji keyfiyyətliliyi, yanmada zərərli komponentlərin olmaması, ağac yanacağından daha çox istiliktörətmə qabililiyyətliyi ilə fərqlənirlər. Ölçü və standartları - uzunluğu 5-70 mm, diametri 6-8 mm, rütubətliyi 7-10%-dir. İstehsalına 1947-ci ildən başlanılmışdır. Pelletlər piroliz sobalarında uğurla istifadə olunur. Qazdan 3-4 dəfə ucuzdur. Lakin hazırlanmasının müasir texnologiyaları hələ də onu qazı tam əvəz etməsinə imkan yaratmır.