gototop gototop

Словарь

NİKARAQUA KANALI

(ingiliscə - Nicaraguan Canal - Nikaraqua kanalı) Nikaraqua dövləti ətrazisindən keçməklə Atlantik okeanla (Karib dənizi) Sakit okeanı birləşdirəcək gəmi keçidi kanalı layihəsi. Tam adı “Nikaraqua Böyük Transokean kanalı (ispanca - Gran Canal Interoceanico por Nicaragua - Nikaraqua Böyük Transokean kanalı). Nikaraqua dövləti həmin kanal layihəsini Panama kanalına alternativ olaraq hazırlamışdır. Layihə dəyəri 40-50 milyard ABŞ dolları həcmində olan kanalın tikintisini öz partnyorları ilə birlikdə qərargahı Honkonqda yerləşən özəl transmilli şirkət HKND-Group həyata keçirir. Kanalın istismara verilməsi 2019-cu il üçün, tikintisinin tam başa çatması isə 2029-cu ilə nəzərdə tutulmuşdur. Uzunluğu 278 km (o cümlədən Nikaraqua gölləri üzrə 105 km), eni 230-530 metr, dərinliyi 26-30 metr, gəmi keçidi müddəti 30 saat olacaq kanaldan il ərzində 5 mindən çox gəminin keçidi reallaşacaqdır.