gototop gototop

Словарь

NƏQLİYYAT AUDİTİ

(ingiliscə - transport audit - nəqliyyat auditi) nəqliyyat prosesinin mövcud texnologiyalar əsasında təşkilinin qiymətləndirilməsi və nəqliyyat qanunvericiliyinə dönmədən əməl edilməsi ilə bağlı sənədlərin dolğun və tam rəsmiləşdirilməsinə yönələn tədbirlər kompleksi. Onun məqsədini gələcəkdə yol verlməməsi şərti ilə nəqliyyat qanunvericiliyinə əməl olunmasında pozuntuların və bu istiqamətdə zəif yerlərin aşkarlanması, habelə fəaliyyət effektivliyinin artırılması və xərclərinin azaldılması ilə nəqliyyat bölməsinin işinin yaxşılaşdırılmasının təmin edilməsinin obyektiv qiymətləndirilməsi əsaslandırır. Nəqliyyat auditi təsisçilər və rəhbərlər üçün nəqiyyat qurumunda fəaliyyətin aparılması ilə bağlı real vəziyyət haqqında dürüst informasiyanın alınmasını nəzərdə tutulur.