Архив
Словарь
MƏKAN VƏ ZAMAN RESURSLARI
(ingiliscə - resource spaces and time - məkan və zaman resursları) ərazi, su, yaxın kosmik məkan və zaman resurslarını əhatə edir. Məkan resurslarının istifadəsində qeyri-qənaətcillik, çirklənmə və qeyri-səmərəlilik müşahidə olunur. Artıq məskunlaşma və tullantıların yüksək konsentrasiyası mövcuddur. İstifadəsi diqqət və tənzimləmə tələb edir. Zaman resursları isə ən defisit resurslardan hesab olunur. Zaman çatışmazlığı hər an və hər zaman mövcuddur. Reallıq belədir ki, bəşəriyyət hələ də sistemli resurs düşüncəsinə keçid etməmişdir.