Архив
Словарь
(ingilscə - methanol - metanol) kimyəvi formulu - CH3OH olub, rəngsiz, iysiz, tezalovlanan, zəhərli (toksik) maye, biratomlu sadə spirt, kontaminat. Metonola aiddir - metil spirti, ağac-oduncaq spirti, karbinol, metilhidrat, metil hidroksidi. Süni olaraq ya təbii qazın oksidləşməsilə karbon və hidrogenin monooksidindən ya da oduncağın quru emalı (oduncaq, ağac spirti) yolu ilə alınır. Etan/etilendən sonra ikinci ən mühüm aralıq kimyəvi maddədir. XXI əsrin ən ekoloji təmiz yanacağı hesab edilir. Onun istehsalı zamanı atmosferə və su hövzələrinə heç bir tullantı atılmır. İqtisadi əhəmiyyətlidir. Müxtəlif sahələrdə geniş məhsul çeşidi istehsalında əvəzsiz inqrediyentdir. Mebel sənayesində istifadə olunan laminat, süni dəri və toxuculuq məmulatları üçün sintetik liflərin və hətta sirkə turşusunun istehsalı xammalıdır. Onun benzinə əlavə edilməsi yanacağın tam yanmasına səbəb olur və nəticədə zərərli tullantılar azalır. Enerji mənbəyi olan metanolun yardımı ilə kompüterlərin, mobil telefon batareyalarının və s.-in işini səmərəliliklə təmin etmək mümkündür. Azərbaycanda metanol istehsalı 2013-cü ildə istismara verilmiş Bakının Qaradağ rayonunda yerləşən “SOCAR Methanol” MMC - Metanol zavodu (illik istehsal gücü 650-700 min ton) tərəfindən həyata keçirilir.