Архив
Словарь
METAN
(latınca - methanum, ingiliscə - metan - metan qazı) doymuş karbohidrogenlərə - alkanlara aid, kimyəvi formulu - CH4 olub, normal şəraitdə rəngsiz, iysiz, yanar qaz, üzvi birləşmə. Tez alışan, havadan yüngül, suda az həll olunandır. Toksik deyildir, insan səhhətinə təhlükə yaratmır. Bununla belə, onun toksik maddələrə aid olması və mərkəzi əsəb sisteminə təsiri ilə bağlı məlumatlara da rast gəlinir. İqtisadi əhmiyyətlidir, qaz təsərrüfatının əsasında dayanır. Məişətdə və sənayedə işlədildikdə təhlükəsizlik baxımından xüsusi qoxu yaratmaq üçün tərkibinə odarant məhsulu qatılır.