Архив
Словарь
MEŞƏSİZLƏŞDİRMƏ
(ingiliscə - deforestation - meşələrin qırılması) meşələrin ağac örtüyü olmayan boş yerə, otlağa, şəhər və meydan sahələrinə, həmçinin digər torpaq ərazilərinə çevrilməsi prosesidir. Əsas səbəb - qırmaq və ya yandırmaqla meşə sahələrinin digər məqsədlər, xüsusən də kənd təsərrüfatı məqsədləri üçün istifadə olunması və ya meşə materialı əldə etməklə onun yetərli olmayan və yetərsiz bərpasının həyata keçirilməməsidir. Bunlarla yanaşı, meşə sahələri təbii hadisələr, iqlim dəyişmələri, qasırğa, xəsətəliklər, yanğın, su basması və antropogen amillərlə bağlı yaranan fəsadlar nəticəsində də meşəsizləşdirməyə məruz qalır.